Almaniya Yunanıstandakı düşərgələrdə yaşayan miqrant uşaqlardan ölkəsinə qəbul edəcək

Almaniya Yunanıstandakı düşərgələrdə olan və  xüsusilə qorunmağa ehtiyacı olan qaçqın uşaqların bir qismini ölkəyə qəbul edəcək.

1374764
Almaniya Yunanıstandakı düşərgələrdə yaşayan miqrant uşaqlardan ölkəsinə qəbul edəcək

Almaniya Yunanıstandakı düşərgələrdə olan və  xüsusilə qorunmağa ehtiyacı olan qaçqın uşaqların bir hissəsini ölkəyə qəbul edəcək.
Almaniya xəbər agentliyinin (DPA) verdiyi xəbərdə qərarın kansler Angela Merkelin başçılığı ilə hökuməti quran tərəflərin liderlərinin iclasında qəbul edildiyi bildirilib.
Qərarda Avropa İttifaqında (Aİ) "Könüllülər koalisiyası" nın yaradılmasını istəndiyi və bu çərçivədə Almaniyanın müəyyən sayda uşağı qəbul edə biləcəyi vurğulanıb.
Almaniyanın Yunanıstan adalarındakı humanitar vəziyyətə görə 1000-1500 uşağı qəbul edərək Yunanıstana dəstək vermək istədiyi bildirilən xəbərə görə, təcili müalicəyə ehtiyacı olan xəstələr və ya 14 yaşına çatmayanlar uşaqlar arasından seçiləcəyi vurğulanıb.
Xristian Demokratik Birlik Partiyasının (CDU) sədri Annegret Kramp-Karrenbauer "Deutschlandfunk" radiosuna verdiyi açıqlamada, digər Aİ ölkələrinin Yunanıstanda sığınacaq axtaran uşaqların qəbulu üçün "Könüllülər koalisiyasına" qoşulacağını söyləyib.
Fransadan belə bir siqnal aldıqlarını vurğulayan Kramp-Karrenbauer, "Könüllülər koalisiyası"nın iki ölkədən çox olacağına inandığını bildirib. 



Әlaqәli Xәbәrlәr