Əl verib görüşmədiyi üçün vətəndaşlıq sənədini ala bilmədi

Danimarkada əl verib görüşməkdən imtina edən bir şəxs bu ölkənin vətəndaşlıq sənədini ala bilmədi.

1368364
Əl verib görüşmədiyi üçün vətəndaşlıq sənədini ala bilmədi

Danimarkada əl verib görüşməkdən imtina edən bir şəxs bu ölkənin vətəndaşlıq sənədini ala bilmədi.

Kopenhagen bələdiyyəsindəki keçirilən Danimarka vətəndaşlığı üçün məcburi "əl vermə mərasimində" bir adamın əl verib görüşməkdən imtina etdiyi və vətəndaşlığa qəbul edilmədiyi açıqlandı.

Kopenhagen Şəhər Şurasının üzvü Pakistan əsilli Badar Şah Danimarka vətəndaşlıq haqqı üçün Bələdiyyə sarayında təşkil edilən əl vermə görüşündə bunu etməkdən imtina etdiyi üçün Danimarka vətəndaşlıq sənədi ala bilmədiyini bildirilib.

Şah qeyd bu adamın kişi olduğunu və prinsipcə əl verməkdən imtina etdiyini söyləyib. Şah bildirib ki, adı açıqlanmayan şəxsi razı salmaq üçün çox səy göstərsə də, bundan imtina edən şəxs vətəndaşlıq şəhadətnaməsi almadan salonu tərk edib.

Qeyd edək ki, əl verməkdən imtina edən şəxs iki il ərzində fikirini dəyişə və Danimarka vətəndaşlığı üçün məcburi mərasimdə iştirak edib əL versə səlahiyyətlilərlə əl sıxsa vətəndaşlığı şəhadətnaməsi ala bilər.

2018-ci ildən sonrakı günlərdə Danimarka Parlamenti ölkə vətəndaşı olmaq üçün "əl verməyi" tələb edən nizamlama qəbul etdi.

Qanun qəbul edildikdən sonra keçən ilin yanvar ayında Danimarkanın immiqrasiya və inteqrasiya naziri İnger Stöjberg tərəfindən vətəndaşlıq tələb edənlər üçün "əl verib görüşmə mərasimi" keçirildi.

Aabenraa bələdiyyə başçısı Tomas Andresen isə əl vermə mərasimlərini tənqid etdi və “Mənə Nasizm dövrünü xatırladır” dedi.



Әlaqәli Xәbәrlәr