"Mən Tanrıyam" yazılı maşın nömrəsinin istifadəsinə icazə verilmədi, amma sonra...

CNN-nin xəbərinə görə...

1362611
"Mən Tanrıyam" yazılı maşın nömrəsinin istifadəsinə icazə verilmədi, amma sonra...

 

  Amerika Birləşmiş Ştatlarının Kentukki (Kentucky) əyalətində "Mən Tanrıyam" (İM GOD) yazılı maşın nömrəsinin istifadə edilməsinə icazə verilməyən bir ateist 150 min dollar təzminat qazandı.

  CNN-nin xəbərinə görə, 10 ildən çox Ohio ştatında bu nömrəni istifadə etdiyini söyləyən Benniye Hart 2016-cı ildə Kentukkinin Frankfort qəsəbəsinə yerləşib və burada da eyni nömrəni istifadə etmək üçün Kentukki Motorlu Nəqliyyat Vasitələri İdarəsinə müraciət edib. Ancaq Harta göndərilən məktubda bu tələbə "qarşıdurma riski ehtiva etdiyi” və “başqa sürücülərin diqqətini dağıtdığı” cavabı verilib. Bununla əlaqədar Benniye Amerika Vətəndaş Haqlar Birliyi (UCLA) və Dini Azadlıq Cəmiyyətinə (Freedom From Religion) şikayət edib. Bu qurumlar qadağanın ABŞ-da konstitusiyayla zəmanət altına alınan ifadə azadlığına zidd olduğunu bildiriblər. Məhkəmə 2019-cu ilin noyabr ayında bu qurumları haqlı hesab edib və ştatda "Mən Tanrıya aidəm" və "Tanrını sevirəm" kimi xüsusi nömrələrə icazə verilərkən, "Mən tanrıyam" (İM GOD) nömrəsinə də icazə verilməsinin qanuni sayılmasıyla bağlı hökm verib. 2020-ci ilin 17 fevralında isə məhkəmə Benniye Harta vəkillik ödənişləri üçün 150 min 715 dollar təzminat ödənməsi üçün qərar verib. Təxminən 500 dollar olan məhkəmə xərclərini isə Kentukki Motorlu Nəqliyyat Vasitələri İdarəsi ödəyəcək.



Әlaqәli Xәbәrlәr