Adam 165 milyon dollara malikanə aldı

“Forbes” jurnalında yazılan xəbərə görə...

1359056
Adam 165 milyon dollara malikanə aldı

 

  “Amazon” e-ticarət şirkətinin qurucusu Ceff Bezos (Jeff Bezos) Amerika Birləşmiş Ştatlarının Los-Angeles şəhərinin Beverli Hils (Beverly Hills) səmtində 165 milyon dollara bir malikanə alıb.

  “Forbes” jurnalında yazılan xəbərə görə, Bezosun “Warner Bros” film studiyasının qurucularından olan Cek Uornerin (Jack Warner) 1937-ci ildə tikdirdiyi malikanə üçün ödədiyi 165 milyon dollar Los-Angelesdə bu günə qədər bir iqamətgah üçün ödənən ən yüksək pul sayılır.

  36 min metr kvadrat metrlik sahədə georgia memarlıq üslubunda tikilən malikanədə iki ayrı qonaq iqamətgahı, bir şitillik, üç istixana, tennis meydançası, üzmə hovuzu, qolf meydançası, təmirxana, benzindoldurma stansiyası və avtomobil qarajı var.



Әlaqәli Xәbәrlәr