Çində koronavirusdan ölənlərin sayı 80 nəfərə çatdı

Milli Səhiyyə Komissiyasının məlumatına görə ölkədə bir çox şəhər və bölgədə yayılan virusa yoluxmuş insanların sayı 2744-ə yüksəlib. Bunlardan 461-nin vəziyyəti ağırdır. Bildirilir ki, Honkonqda 8, Makaoda 5, Tayvanda isə 4 nəfərdə virüs aşkarlanıb.

1347773
Çində koronavirusdan ölənlərin sayı 80 nəfərə çatdı

Virusdan təsirlənməkdə şübhəli bilinənlərin sayı 5.794, yoluxmuş insanlarla təmasda olduqları səbəbiylə müşahidə edilənlərin sayı 30 min 453 olaraq bildirilir.

Bu günə də Virusa yolxuduğu üçün xəstəxanalarda müalicə qəbul edənlərdən 51-i sağalıb.

Epidemiya səbəbiylə Hubey əyalətində 76, Hünan, Şanxay, Heyloncianq və Hıbeydə bir nəfər ölüb.

Epidemiyanın ilkin mənbəyi olan Hubey bölgəsinin Uhan şəhəri faktiki olaraq qapalı rejim vəziyyətinə keçirilib. Bu ərazidə virusa yoluxanların sayı min 423-ə çatıb.

Digər tərəfdən, Çin Baş naziri Li Kiçianqin başçılıq etdiyi Dövlət Şurasında 31 Yanvarda sona çatması planlaşdırılan Bahar Şənliyi tətilinin fevralın 3-dək uzadılması və məktəblərin semestr tətilinin isə yenidən tənzimlənməsinə dair qərar qəbul edildi.

 



Әlaqәli Xәbәrlәr