1912-ci ildə batan “Titanic” gəmisi ilə əlaqəli razılaşma qüvvəyə mindi

1912-ci ildə bir aysberqə çırpılan lüks kruiz gəmisi “Titanic”in qalığı İngiltərə və ABŞ arasında imzalanan müqavilə ilə qorunacaqdır.

1345227
1912-ci ildə batan “Titanic” gəmisi ilə əlaqəli razılaşma qüvvəyə mindi

İngiltərə Nəqliyyat Nazirliyinin açıqlamasına görə İngiltərənin 2003-cü ildə imzaladığı razılaşma, ABŞ-ın dövlət katibi Mayk Pompeonun 2019-cu ilin sonunda təsdiqi ilə qüvvəyə mindi.

Müqavilə Britaniya və Amerika hökumətlərinə qalığa daxil olmaq və ya oradaki obyektləri çıxarmaq üçün lisenziyaları qəbul etmək və ya rədd etmək hüququnu verir.

İngilis Dəniz naziri Nusrat Qani açıqlamasında : “Qalığın qorunmasına dair ABŞ ilə bağlanan müqavilə 1500-dən çox insanın əbədi istirahətgahının da qorunacağı mənasını verir. İngiltərə qalığın daha güclü qorunması üçün Şimali Atlantikanın digər dövlətləri ilə də əməkdaşlıq edəcək”.

Qeyd edək ki, “Titanik” ilk səyahəti zamanı 14 aprel 1912-ci ildə Atlantik okeanında aysberqlə toqquşaraq 2 saat 40 dəqiqə sonra batmışdır. Göyərtəsindəki min 316 sərnişin və 908 heyət üzvündən yalnız 705 nəfər xilas ola bilmiş, min 514 nəfər həlak olmuşdur.

 



Әlaqәli Xәbәrlәr