Almaniyanın əhali sayı miqrantlarla rekord qırdı

Almaniyanın əhali sayı, miqrantların təsirilə keçən il əvvəlki il ilə müqayisədə 200 min nəfər atraraq 83,2 milyon səviyyəsinə çıxıb.

1342840
Almaniyanın əhali sayı miqrantlarla rekord qırdı

Almaniyanın əhali sayı, miqrantların təsirilə keçən il əvvəlki il ilə müqayisədə 200 min nəfər artaraq 83,2 milyon səviyyəsinə çıxıb.

Almaniya Federal Statistika Ofisinin (Destatis) ilkin məlumatına görə, Almaniyanın əhalisi yaşlanmaqda davam edir.

Ölkəyə gələn miqrantların təsirilə ölkənin 2019-cu ildəki əhalisi 200 min nəfər artaraq 83,2 milyonla rekord səviyyəyə çıxıb.

Rekorda baxmayaraq ölkədə 1972-ci ildən bəridir doğumlardan daha çox ölüm halları qeyd alınır.

Almaniya Federal Statistika İdarəsi tərəfindən keçən il 770 min ilə 790 min arasında doğum və 920 min ilə 940 min arasında ölüm olduğu bildirilib.

İdarə keçən il dəqiq köçün 2018-ci ildə 400 minə yaxınlaşdıqdan sora 2019-cu ildə 300 min-350 min arasında olduğunu nəzərə alıb. Dəqiq köçün dalbadal 4 ildir azalması da diqqət çəkib.

Ölkədə 2020-ci ildən etibarən yaşlanan əhalinin təsirlərinin iqtisadi və digər sahələrdə güclü şəkildə hiss ediləcəyi proqnozlaşdırılır.

Yaşlanan əhali səbəbindən alman iqtisadiyyatı hər il yüz minlərlə keyfiyyətli muhacirə ehtiyac duyur.

Statistika İdarəsi əhalinin 2035-ci ildək təqribən 4 ilə 6 milyonluq kiçiləcəyini də bildirib.



Әlaqәli Xәbәrlәr