Azərbaycan arxivindən Osmanlı sənədi tapıldı

Qanuninin tuğrası olan, divani-xəttlə Osmanlı türkcəsində qələmə alınan sənəd Anadolu və Rumelində bəzi adamlara sultan tərəfindən verilən torpaqlarla bağlıdır.

Azərbaycan arxivindən Osmanlı sənədi tapıldı
kanuni belge.jpg
kanuni belge.jpg

 

  Azərbaycan Milli Elmlər Akademiyası Əlyazmalar İnstitutu arxivindən Osmanlı dövlətinin padşahı Sultan Süleyman Qanuninin dövrünə aid mülknamə - əmlak sənədi tapılıb.

  Qanuninin tuğrası olan, divani-xəttlə Osmanlı türkcəsində qələmə alınan sənəd Anadolu və Rumelində bəzi adamlara sultan tərəfindən verilən torpaqlarla bağlıdır.

  “Hibename” və ya “mülkname” adlanan sənəd qara, qızılı və mavi mürəkkəblərdən istifadə edilərək 1566-cı ildə İstanbulda yazılıb.

  Eni 30, uzunluğu 180 santimetr olan sənədin sonunda dövrün vəzirləri olan Pertev Paşa və Fərhad Paşa ilə hərbçiləri Əhməd Əfəndi və Hüseyn Əfəndinin imzaları var.

  Əlyazmaları İnstitutunun baş direktor müavini, professor Paşa Kərimov bildirib: “Sənədin arxivə nə vaxt və necə gəldiyinə dair məlumat yoxdur. Türkiyə arxivlərində Osmanlı dövlətinin X padşahı Sultan Süleyman Qanuni dövrünə aid çox sənədlər var. Azərbaycan arxivində isə belə sənədin tapılması bizi çox sevindirir. Mülknamə Osmanlı hüquq tarixi araşdırmaları baxımından əhəmiyyət daşıyır. Sənədi bərpa edəcəyik”.



Әlaqәli Xәbәrlәr