Gürcüstan kommunistləri Stalinin doğum gününü qeyd etdilər

... Onlar əllərində qırmızı bayraqlar, Stalin, Lenin və Marksın portretlərini tutublar.

1327580
Gürcüstan kommunistləri Stalinin doğum gününü qeyd etdilər

 

  Gürcüstan Kommunist Partiyasının üzvləri dekabrın 21-də Qori şəhərində SSRİ-nin qurucularından biri və baş katibi İosif Stalinin anadan olmasının 140-cı ildönümünü qeyd ediblər.

  Yüzlərlə insan “xalqlar lideri”nin ev-muzeyinin qarşısına toplaşıb, sonra regionlardan gəlmiş kommunistlərin iştirakı ilə Qori şəhərinin mərkəzi meydana qədər yürüyüblər. Onlar əllərində qırmızı bayraqlar, Stalin, Lenin və Marksın portretlərini tutublar. Bəziləri üzərinə SSRİ yazılmış papaq və şərf də geyiniblər.

  Meydana toplaşanlar hökumətdən Stalinin 2010-cu ilədək Qori şəhərinin mərkəzində olmuş abidəsinin bərpasını tələb ediblər. Aksiya iştirakçıları bununla bağlı imzatoplama kampaniyasına başlayacaqlarını da bildiriblər.

 

Mənbə: azertag.az



Әlaqәli Xәbәrlәr