Nyu-Yorkda olan ilk türk

Təşkilatın Kuratorluq İşləri və Kolleksiyalar üzrə şöbəsinin müdir müavini Culi Qoli (Julie Golie) mövzu ilə bağlı deyib...

1319658
Nyu-Yorkda olan ilk türk
Anthony Jansen Van Salee tapu.jpg

 

  Amerika Birləşmiş Ştatlarında gün üzünə çıxan yeni bir tarixi sənəddə ölkədə məskunlaşan ilk müsəlmanın 1630-cu ildə Nyu-Yorka gedən Entoni Yansen Van Sali (Anthony Jansen van Salee) olduğu qarşıya çıxıb.

  Nyu-Yorkun məşhur “Christie's” hərrac evi tərəfindən satışa çıxarılan Van Saliyə aid əşyalar – bir 17-ci əsr sənədi Bruklin (Brooklyn) Tarix Təşkilatı tərəfindən 27 min 500 dollara alındı.

  Təşkilatın Kuratorluq İşləri və Kolleksiyalar üzrə şöbəsinin müdir müavini Culi Qoli (Julie Golie) mövzu ilə bağlı deyib:  

  "Nyu-Yorka gələn ilk müsəlmanların Afrikadan kölə ticarəti üçün gətirilən adamlar olduğunu bilirik. Lakin gün üzünə çıxan, 1643-cü il tarixli bu sənəd ölkədə ərazi sahibi və azad bir müsəlman olduğunu göstərən ilk nümunədir. Entoni Yansen van Salinin həyatında müsəlmanlıq nə dərəcədə idi, dəqiq bilmirik. Ancaq 20-ci əsrin əvvəllərində ona aid bir Quranın hərracda satılması məlumatı onun şəxsiyyəti və keçmişinə dair bəzi təxminlər əldə etməyimizə imkan yaradır.

  O tarixlərdə Hollandiya koloniyası olan və "New Amsterdam'' kimi tanınan Nyu-Yorkda yaşamış hollandiyalılarla bağlı araşdırmalar aparan Yeni Hollandiya İnstitutu (New Netherland İnstitute) tarixi sənədlərdə Van Salinin adının tez-tez çəkildiyini bildirir. Xüsusilə məhkəmə qeydlərində Van Salidən “Anthony the Turk”, yəni “türk Entoni” deyə bəhs edilir. Bu da var ki, o zamanlar müsəlmanlara, ümumiyyətlə, “türk” deyilirdi və bəzi tarixçilərə görə, bu, kiçildici bir sifət kimi istifadə olunurdu. Mən isə türk adını həqiqi mənasında qəbul etməyi üstün tuturam”.



Әlaqәli Xәbәrlәr