“2019-cu ilin sözü” müəyyən olundu

“Dictionary.com”dan yazılan məlumata görə...

“2019-cu ilin sözü” müəyyən olundu

 

  “Mövcudluq”, “varolma” mənalarını verən eksistential (existential) "dictionary.com" saytı tərəfindən “2019-cu ilin sözü” seçilib.

  “Dictionary.com”dan yazılan məlumata görə, "varolma" mənasını verən “existential” uzun sürən böhranlar, ciddi təhdidlər, əhəmiyyətli siyasi və ictimai hadisələrlə bağlı internet lüğətində ən çox axtarılan söz olub.

  Amerika Birləşmiş Ştatlarının eks vitse-prezidenti Co Baydenin (Joe Biden) Donald Trampı “existential threat”, yəni mövcud təhdid adlandırması bu sözün istifadəsini artırıb.

  “Existential” sözünün Honq-Kong etirazları, Fransanın paytaxtı Parisdəki Notr-Dam yanğını, Dorian qasırğası və ABŞ-la Çin arasındakı böhranları ilə bağlı yazılarda axtarılma və istifadə nisbəti çoxalıb.

  Yeni Zelandiyanın Kraytçerç (Christchurch) şəhərində 15 martda cümə namazı zamanı 2 məscidə edilən silahlı hücum nəticəsində 51 adamın həyatını itirməsi də bu sözün internet-lüğətdə axtarılma nisbətini yüksəldib.

  Xatırladaq ki, “2018-ci ilin sözü” "səhv məlumat" mənasını verən "misinformation" idi.



Әlaqәli Xәbәrlәr