Esenboğa hava limanı 10 ayda 11,7 milyon sərnişinə xidmət göstərdi

Paytaxt Ankarada yerləşən Esenboğa hava limanından oktyabr ayında təqribən 1,1 milyon, yanvar-oktyabr dövründə isə 11,7 milyon sərnişin istifadə etdi.

1304829

Dövlət Hava Meydanları İdarəsinin açıqlamasında yer alan oktyabr ayına olan statistika nəticələrinə görə, keçən ay Esenboğa hava limanı daxili xəttlərdə sərnişin hərəkəti 919 min 522, xarici xəttlərdəki sərnişin hərəkəti 198 min 615, cəmi yol hərəkəti isə 1 milyon 118 min 137 olaraq reallaşıb.

Hava limanına keçən ay enib-qalxan təyyarə sayı daxili xəttlərdə 6 min 418, xarici xəttlərdə isə min 729 olmaqla, cəmi təyyarə hərəkəti 8 min 147 olub.

Yük hərəkəti isə cəmi 9 min 319 ton olaraq qeydə alınıb.

Hava limanında xidmət göstərilən sərnişin sayı ilin 10 ayında 11 milyon 677 min 513, təyyarə hərəkəti 84 min 564, yük fəallığı isə 102 ton olaraq reallaşıb.

Әlaqәli Xәbәrlәr