Van  pişiyi dünyanın ən gözəl pişiyi olaraq  qeydiyyata keçdi

Van “Yüzüncü  Yıl  Universiteti” Pişik Araşdırma və Tətbiq Mərkəzinin  qoruma   altına  aldığı    Van pişiklərindən  "Su",  İstanbulda təşkil edilən "Beynəlxalq Xoşbəxt Pişiklər Yarışması"nda  birinci  oldu.

1302123
Van  pişiyi dünyanın ən gözəl pişiyi olaraq  qeydiyyata keçdi
van kedisi.jpg
van kedisi.jpg

Ünsiyyətli, ağ və ipək xəzləri,  şir  kimi  yerişi, uzun və tüklü quyruğu, fərqli göz rəngləri və suya  xüsusi  əlaqə  ilə  yanaşma  kimi  xüsusiyyətlərə  sahib    Van pişikləri bütün yerli və xarici insanların diqqətini cəlb  edir.

Van “Yüzüncü  Yıl  Universiteti” Pişik Araşdırma və Tətbiq Mərkəzinin   qoruma  altına  aldığı  bacı pişiklər  “Su ve Başak” 2 və  3  Noyabrda  İstanbulda  təşkil  edilən  7-ci  Beynəlxalq Heyvan Məhsulları və Təchizatçıları Sərgisi  çərçivəsində   keçirilən  Beynəlxalq Xoşbəxt Pişiklər Müsabiqəsində podiuma çıxdı.

Müsabiqədə münsiflər heyətinin ən yüksək balını   toplayan pişik   “Su”   oldu.

Van “Yüzüncü  Yıl  Universiteti”nin rektoru Dr. Həmdullah Şevli jurnalistlərə   açıqlamasında 15 ölkədən 200 pişik   növünün   iştirak  etdiyi   müsabiqidə  pişiklərinin   çempion  olduğunu,  bunun  nəticəsində   Van  pişiyinin  dünyanın ən  gözəl pişiyi  olaraq  qeydiyata  keçdiyini  bildirib.  



Әlaqәli Xәbәrlәr