"Coca-Cola" şirkəti növbəti dəfə plastik çirkləndiricilər siyahısına daxil edildi

Dünyanın ən nəhəng içki şirkəti "Coca-Cola, ən güclü plastik çirkləndiricilər siyahısında iki ildir ardıcıl olaraq ilk sırada iştirak edir.

1293670
"Coca-Cola" şirkəti növbəti dəfə plastik çirkləndiricilər siyahısına daxil edildi

Beynəlxalq ekoloji təşkilat Greenpeacein "Plastikdən xilas olun" kampaniyası çərçivəsində 51 ölkədə həyata keçirilən 484 təmizlik tədbiri nəticəsində toplanan 476 min 423 ədəd plastik tullantı ilə bağlı   ofnrulfifi hesabat açıqlandı.

Greenpeacein hesabatında bildirilir ki, ən çox plastik çirklənməyə səbəb olan şirkətlər dünyanın müxtəlif ölkələrindən nümunələr toplanaraq müəyyən edildi. Həmin fəaliyyətlər nəticəsində əsas plastik çirkləndiricilər arasında birinci sırada "Coca-Cola" ilk sırada iştirak etdi. "Coca-Colan"ı "PepsiCo" və "Nestle" izləyir. Plastik çirkliliyə görə ilk 10-a daxil olan digər beynəlxalq şirkətlərin "Mondelez International", "Unilever", "Mars", "P&G", "Colgate-Palmolive", "Phillip Morris" və "Perfetti Van Melle"nin olduğu bildirilib.

Hesabatda qeyd edilib ki, bir çox şirkət  tullantı məhsullarını adıcıl istifadə edəbilmək üçün tədbirlər gördüklərini açıqlasalar da bu vədlərə əməl etmədikləri müşahidə olunur.

Qeyd edilib ki, Asiyada plastik çirklənmənin əsas təkanverici qüvvələri əslində Avropa və ABŞ-dakı beynəlxalq şirkətlərdir.

 



Әlaqәli Xәbәrlәr