Dərman istehsalçısı Purdue Pharma şirkəti saxtakarlıqda ittiham edilir

Fərqli ölkələrdəki güclü universitetlərin əksəriyyəti Amerika Birləşmiş Ştatlarında minlərlə insanın ölümünə səbəb olmaqda ittiham edilən dərman istehsalçısı Purdue Pharma şirkətinin sahibi Sackler ailəsindən 60 milyon dollar yardım aldığı irəli sürülüb.

1281641
Dərman istehsalçısı Purdue Pharma şirkəti saxtakarlıqda ittiham edilir

Bu barədə "Associated Press", "OxyContin" adı ilə bilənən və tərkibində narkotik maddə olan ağırı kəsici dərman istehsal edən Purdue Pharma şirkəti ilə Sackler ailəsinin universitetlər arasındakı əlaqələrə diqqətləri cəlb edən məlumat yayıb.

Qəzetin xəbərində, London İmperial Kolleci, Sussex, Yale, Oxford, Rockefeller, Cornell və Columbia universitetləri başda olmaqla ABŞ, Kanada, İngiltərə və İsraildəki bəzi universitetlərin adı çəkilən ailədən 25 min dollar ilə 10 milyon dollar arasında yardım aldıqları bildirilib. Xəbərdə universitetlərdən bəzilərinin, Sackler ailəsinin Opioid Böhranındakı rolunu bilmədən yardım aldıqlarını iddia etmələrinə baxmayaraq İmperial Kolleci London, Sussex və Yale Universiteti də daxil olmaqla 9 universitetin Sackler ailəsi və Purdue Pharma şirkəti haqqında məhkəmə işi qaldırdıqdan sonra da yardım almaqda davam etdikləri qeyd edilib.



Әlaqәli Xәbәrlәr