İstanbul hava limanında sərnişinləri məlumatlandıran robotlar

ABŞ-da dərc olunan “Washington Post” qəzetində yer alan yazıda İstanbul hava limanında sərnişinləri məlumatlandıran robotlardan bəhs edildi.

1280323
İstanbul hava limanında sərnişinləri məlumatlandıran robotlar

ABŞ-da dərc olunan “Washington Post” qəzetində yer alan yazıda İstanbul hava limanında sərnişinləri məlumatlandıran robotlardan bəhs edildi.

“Washington Post” qəzetində Peter Holleyin qələmə aldığı “İstanbulun yeni hava limanı dünyanın ən böyüklərindən biridir. İnsana oxşar robotlar sərnişinlərə yollarını tapmaqda köməklik göstərir” başlıqlı məqalə dərc etdi.

İstanbul hava limanının ABŞ-ın Nyu-York şəhərinin manhatten bölgəsindən daha böyük bir sahədə tikildiyinə və dünyanın ən fəal hava nəqliyyatı mərkəzlərindən biri olduğuna işarə edilən məqalədə bu qədər böyük sahədə sərnişinlərə köməklik göstərməyin də ciddi məsələ olduğu vurğulanıb.

Bu yerdə isə hava limanında insana oxşar robotlardan məlumat alındığına işarə edilən məqalədə “Burası üçün xüsusi dizayn edilmiş təkərli robotlar Türkiyədəki hava limanlarında bir ilkdir. Kiçik uşaq böyüklüyündəki, açıq göy rəngli robotlar, yumru gözlərilə parlaq bir digital üzə sahibir və hətta gülümsəmə qabiliyyətləri var” ifadələri işlədilib.

Həmin robotların yolu göstərmə və uçuş məlumatları vərmə kimi qabiliyyətləri olduğunun vurğulandığı məqalədə “Hava limanlarının böyüklüyü və buralardan istifadə edən insanların sayının artmaqda davam etdiyi bir zamanda robotlar səyahətləri daha asan hala gətirir. Tamamlandığı zaman İstanbul hava limanında bir ildə 200 milyon şəxs səyahət edə biləcək” məlumatı yer alıb.



Әlaqәli Xәbәrlәr