Türkiyədə hind toyları rekord rəqəmə çatdı

Hind toyu təşkil edən “İnventum Global” firmasının idarəçi ortağı Bünyat Özpak deyib...

1256851
Türkiyədə hind toyları rekord rəqəmə çatdı

  “İnventum Global” idarə heyətinin ortağı Bünyat Özpak Türkiyədə bu il ilk dəfə 20-dən çox hind toyu olduğunu söylədi.

  Hər il milyonlarla turisti qarşılayan Antalya, xüsusilə, son illər rəngli paltarları, ənənələri və fərqli yeməklərilə məşhur hind toylarına da ev sahibliyi edir.

  Şəhərin lüks otellərində minlərlə adamın iştirakıyla üç gün üç gecə sürən toylarda rəngli görüntülər meydana gəlir.

  Türkiyədə xarici vətəndaşların etdiyi toylar ölkəyə il ərzində 40 milyard dollardan çox gəlir gətirir.

  Hind toyu təşkil edən “İnventum Global” firmasının idarəçi ortağı Bünyat Özpak deyib:

  “Hind toyları baxımından yaxşı bir il keçirdik. Türkiyəyə hindistanlıların maraq və əlaqəsi ildən ilə artır.

  Turizm fəaliyyətini hər mövsümə yaymaq üçün toylar əhəmiyyətlidir.

  Türkiyədə bu il ilk dəfə təxminən 20 hind toyu etdik. Keçən il bu rəqəm 13 idi. Türkiyə tarixində hind toyları ilə bağlı bu rekord rəqəmin əldə olunması sevindirici haldır."



Әlaqәli Xәbәrlәr