"Velosipedlər diyarı" Hollandiyada dünyanın ən böyük velosiped parkı açıldı

Hollandiyanın Utrext şəhərində 12 min 500 velosipedlik tutumu olan dünyanın ən böyük velosiped parkı açıldı.

1256848
"Velosipedlər diyarı" Hollandiyada dünyanın ən böyük velosiped parkı açıldı

Hollandiyanın qatar stansiyalarının mərkəzi sayılan Utrext Dəmiryol Stansiyasının yaxınlığınsdakı  Stansiya meydanının altında yerləşən Stansiya meydanı velosiped parkı 12 min 500 velosipedlik tutumu ilə  dünyanın ən böyük velosiped parkı oldu.

Meydanın adını daşıyan parkın 2 il əvvəl açılan 7500 velosipedlik ilk hissəsindən sonra bu həftə rəsmi mərasimlə açılan 5 min velosipedlik ikinci hissəsi xidmətə verildi.

350 metr hündürlükdəki üç mərtəbəli parkın birinci və sonuncu mərtəbələrindən velosipedlərini gündəlik park edənlər və 800 nəfərlik velosipedlik orta mərtəbədən isə abunə olanlar istifadə edə bilərlər.

"Velosipedlər diyarı" kimi tanınan, 17 milyon əhalisi olan ölkədə 23 milyona yaxın velosiped və ən çox işləyən velosiped yolları Utrextdə yerləşir.

 

 



Әlaqәli Xәbәrlәr