Əcnəbi turistlər Türkiyədə alış-veriş etməkdən doymurlar

Dünyanın bir çox ölkəsindənTürkiyəyə gələn turistlər bu ilin ilk 7 ayında ötən ilin eyni dövrünə görə  təxminən 70 % daha çox alış-veriş ediblər.

1256103

Dünya səviyyəsində vergisiz alış-veriş əməliyyatları həyata keçirilən “Global Blue” şirkətindən əldə edilən məlumatlara görə, çinlilərin bu ilin ilk 7 ayında Türkiyədə etdikləri alış-verişlə ötən ilin eyni dövründəki alış-veriş xərcləri arasında 85 faiz fərq var.  Bu ölkənin vətəndaşlarının bu il Türkiyədə xərclədikləri pulun orta məbləği 5 min lirəni keçib.

Eyni dövrdə orta xərcləmə məbləğlərinə nəzər yetirdikdə, Qətərin 6 min 782 lirəlik orta xərcləmə məbləği ilə birinci yerdə qərar tutduğu müşahidə olunur. Qətəri 6 min 441 lirəlik məbləğlə Birləşmiş Ərəb Əmirlikləri, 5 min 412 lirəlik orta xərcləmə ilə Almaniyanı təqib edir.

İsrail vətəndaşları bu ilin ilk 7 ayında ötən ilin eyni dövrü ilə müqayisədə  182 faiz daha çox alış-veriş həyata keçiriblər. Misirli turistlərin alış-veriş xərcləri 161 faiz, iraqlılarınkı 138 faiz, Liviyadan gələnlərinki isə 124 faiz artıb.

Әlaqәli Xәbәrlәr