Turistlər "Göy qurşağı təpələri"nə valeh oldular

Təbiətin nadir gözəlliklərindən biri olan İğdırdakı "Göy qurşağı təpələri"nə əcnəbi turistlərin marağı böyükdür.

1253014
Turistlər "Göy qurşağı təpələri"nə valeh oldular
gokkusagi tepeleri2.jpg
gokkusagi tepeleri1.jpg

Təbiətin nadir gözəlliklərindən biri olan İğdırdakı Göy qurşağı təpələrinə əcnəbi turistlərin marağı böyükdür.

Tuzluca rayonunun qərbindəki minlərlə hektar ərazini tutan "Göy qurşağı təpələri"ndə  qırmızı, qəhvəyi, boz və sarı tonlu toprpaq əsrarəngiz mənzələr yaradır.

Bölgənin turizm potensialına töhvə verən təpələr rəng palitrası ilə qonaqları valeh edir və gözlərini qamaşdırır.

Turizm şirkətləri bir çox tarixi və təbii gözəlliklərlə zəngin olan bölgəyə gələn turistləri "Göy qurşağı təpələri"ndə gəzdirirlər.

Türkiyənin Ermənistan, Naxçıvan və İran ilə sərhəd bölgəsində olan rəngli və müxtəlif ölçülü təpələr görənləri heyran edir.

Bölgəyə İngiltərədən gələn turistlərdən biri Asif İqbal "Göy qurşağı təpələri"nə valeh olduğunu, təpələrə qalxanda əla mənzərəni seyr ediyini söylədi.

İqbal: "Bu yerlər gözəldir,  səfərimizdən çox razı qaldıq. Buralara yenidən gələ bilərəm. Gördüyüm mağara və təpələrdən dostlarıma bəhs edəcəyəm" dedi.

Rumıniyadan gələn  turistlərdən biri, Filip Katalina bölgənin təbii gözəlliyindən danışdı.

Katalina:"Bura çox xoşuma gəldi.  Dostlarım və ailəmlə birlikdə bu gözəl məkanı və onun insanlarını yenidən görmək istərdim" dedi.
 



Әlaqәli Xәbәrlәr