Boş qəzetin ilk səhifəsində yer əlan “Livan” ifadəsi ölkədə nəyə diqqət çəkib?

Liviyada “The Daily Star” qəzeti ölkənin iqtisadi və siyasi problemlərinə diqqət çəkmək üçün bu günkü nömrəsini boş səhifələrlə dərc edib.

1250197
Boş qəzetin ilk səhifəsində yer əlan “Livan” ifadəsi ölkədə nəyə diqqət çəkib?

Liviyada “The Daily Star” qəzeti ölkənin maliyyə və siyasi problemlərinə diqqət çəkmək üçün bu günkü nömrəsini boş səhifələrlə dərc edib.  

Ölkədə ingilis dilində dərc olunan ən qədim qəzetlərdən biri olan “The Daily Star”ın bu günkü nömrəsinin ilk səhifəsində sadəcə böyük hərflərlə “Livan” ifadəsi və qəzetin loqosu yer alıb.

Qəzetin səhifələrində ölkənin son dövrdə qarşı-qarşıya olduğu maliyyə və siyasi vəziyyətə diqqət çəkən cümlələr çatdıran qəzet ikinci səhifəsində isə miqrasiya İşləri üzrə dövlət naziri Saleh Qaribin konvoyunu hədəf olan 30 iyuldakı silahlı hücumun o gündən bəridir Nazirlər Kabinetinin həftəlik yığıncaqlarına mane olduğu xatırladılıb.

Üçüncü səhifəsində siyasi xadimlərin son vaxtlarda istifadə etdiyi məzhəb əsaslı niqitlərinə diqqət çəkən qəzet digər səhifələrində də ölkədə qaçqınlar, işsizlik, qeyri-qanuni silahlar və zibil böhranı kimi problemlərə işarə edib.

Qəzetin son səhifəsində isə Livan bayrağında yer alan sidr ağacı ilə “gec olmadan oyanın” ifadəsi işlədilərək, rəsmilərə bir xəbərdarlıq mesajı verilib.

“The Daily Star” qəzeti Livanda 1952-ci ildən bəridir ingilis dilində dərc olunan ən əhəmiyyətli gündəlik qəzetlərdən biridir.



Әlaqәli Xәbәrlәr