Şahzadə Haya əvvəl Almaniyaya, oradan Londona qaçdı, ərini məhkəməyə verdi

İngiltərənin BBC xəbər orqanının xəbərinə görəİngiltərənin BBC xəbər orqanının xəbərinə görə...

1245314
Şahzadə Haya əvvəl Almaniyaya, oradan Londona qaçdı, ərini məhkəməyə verdi

  Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) vitse-prezidenti, baş naziri və Dubay Əmiri Şeyx Məhəmməd ibn Rəşid əl-Maktumun xanımı Knyaginya Haya sığındığı İngiltərədə ərinə qarşı "qorunma" tələb edib.

  İngiltərənin BBC xəbər orqanının xəbərinə görə, 69 yaşlı əl-Maktumun 6 arvadından biri olan 45 yaşlı şahzadə Haya Londonda ərinə qarşı cinayət işi açdıraraq "məcburi evlilikdən qorunma" istəyib. O, həmçinin məhkəmədən BƏƏ-ni birlikdə tərk etdiyi uşaqlarının vərəsəlik və digər haqqlarını da tələb edib.

  Dubay əmiri və dövlət məmuru əl-Maktum isə məhkəmədən iş barədə "yayım qadağası" istəyib, ancaq hakim bu tələbə razı olmayıb.

  Qeyd edək ki, İngiltərədə zorla ərə verilməyə və evləndirilməyə qarşı açılan məhkəmə işlərində əksərən "Zorla evlilikdən müdafiə əmri" çıxarılır. Bu əmri pozan isə 5 ilə qədər həbslə cəzalandırılır.

  Şahzadə Haya mühacirət üçün Almaniyaya qaçmış, oradan Londona keçmiş və burada gizlənməyə başlamışdı.

  İordaniya mənşəli və İngiltərə təhsilli Hayanın şəhər mərkəzindəki Kensinqton Sarayı Bağları ərazisində 85 milyon (605 milyon TL) funt-sterlinq dəyərindəki bir evdə yaşadığı bildirilir.

  Şahzadə Hayanın açdığı davanın İngiltərə ilə BƏƏ arasında diplomatik böhrana yol aça biləcəyi ehtimal edilir. Eyni zamanda, İordaniya Kralı Abdullahın ögey bacısı olan Hayanın vəziyyəti bu ölkə ilə də BƏƏ arasında problem çıxara bilər.



Әlaqәli Xәbәrlәr