Fransanın 51 il əvvəl yox olan sualtı gəmisi tapıldı

Fransanın liman şəhəri Tulona  45 kilometr məsafədə olan sularda 51 il əvvəl yox olan  "Minerve" sualtı gəmisi dənizin dibində tədqiqat  aparan qrup tərəfindən tapıldı .

1240579

 Bu barədə xəbəru  BBC yaydı.

Xəbərə görə, Fransa müdafiə naziri Florens Parli "Twitter" hesabında  tapıntı ilə bağlı məlumatı bölüşüb.

 Parli 1968-ci ilin yanvar ayında göyərtəsindəki 52 dənizçi ilə itkin düşən fransız sualtı gəmisinin yerinin müəyyən edildiyini bildirib.

 Müdafiə naziri bütün səylərə baxmayaraq, illərlə izinə rast gəlinməyən "Minerve"nin tapılmasını "uğur, rayatlıq və texniki bacarıq" kimi xarakterizə edib.

 İtən dənizçilərin yaxınlarının tələbi ilə sualtı arama işlərinin bu ilin əvvəlində yenidən başlandığını xatırladan Parli: "Uzun zamandır bu anı gözləyən ailələri düşünürəm" deyə yazıb.

  Yerli mətbuata əsaslandırılan xəbərdə yox olan sualtı gəmisinin yerinin liman şəhəri Tulona 45 kilometr məsafədə olan sularda, dənizin 2 min 370 metr dərinliyində aşkar edildiyi qeyd edilir.

  "Minerve"nin yox olmasının səbəbi heç vaxt açıqlanmamışdı.

Әlaqәli Xәbәrlәr