2055-ci ildə Yer kürəsinin əhalisinin sayı 10 milyarda çata bilər

Yer kürəsinin əhalisinin sayının 2055-ci ildə 10 milyarda, əsrin sonunda da 11,2 milyarda yüksələcəyi təxmin edilir.

1233471
2055-ci ildə Yer kürəsinin əhalisinin sayı 10 milyarda çata bilər

Yer kürəsinin əhalisinin sayının 2055-ci ildə 10 milyarda, əsrin sonunda da 11,2 milyarda yüksələcəyi təxmin edilir.
 
 11 iyul Dünya əhalisi günü münasibətilə Birləşmiş Millətlər Təşkilatının Əhali Fondunun (UNFPA) göstəricilərinə əsaslanaraq aparılan hesablamalara görə,  2 min il əvvəl 300 milyon olan dünya əhalisi bu gün təxminən 7,71 milyarda çatıb.
 
 UNFPA BMT tərəfindən hazırlanan bir tədqiqtaın nəticələrinə görə, əhalsii ən kəskin şəkildə azalan on ölkənin hamısı Şərqi Avropada yerləşir, bu ölkələr arasında Bolqarıstan, Latviya və Moldova siyahının başında gəlirlər. 
 
 Ən çox insana ev sahibliyi edən qitə isə Asiya qitəsidir.
 
 Dünya əhalisinin bu gün təxminən 60 faizi Asiyada, 15 faizi Afrikada, 10 faizi Avropada,  8 faizi Latın Amerikası və Karib hövzəsində, qalanı isə Şimali Amerika və Okeaniyada yaşayır.
 
 Çin 1,42 milyardlıq, Hindistan da 1,37 milyardlıq əhalisi ilə dünyanın ən böyük iki ölkəsidir.
 
 Çin dünya əhalisinin 19 faizini, Hindistan isə 18 faizini təşkil edir. Lakin dörd ildən sonra Hindistanın dünyanın ən izdihamlı ölkəsi olacağı görünür.
 
Əhalisinin sıxlığının ən aşağı səviyyədə olduğu ölkə isə 1 milyon 564 min 116 kvadrat kilometrlik sahədə təxminən 3 milyon insanın yaşadığı Monqolustandır.
 
 Əhalisinin sıxlığına görə dünyanın 17-ci böyük ölkəsi mövqeyində olan Türkiyədə isə əhalinin 2023-cü ildə təxminən 87 milyon, 2040-ci ildə isə 100 milyon nəfərə çatacağı gözlənilir.
 
 Proqnozlara görə, Türkiyənin əhalisi 2069-ci ilə qədər artaraq 107,6 milyon nəfər olacaq.
 
 



Әlaqәli Xәbәrlәr