Türkiyə yaşamaq və işləmək üçün ən yaxşı 7-ci ölkədir

Türkiyə yaşamaq və işləmək üçün dünyanın ən yaxşı 7-ci ölkəsi seçildi.

1230318
Türkiyə yaşamaq və işləmək üçün ən yaxşı 7-ci ölkədir


 HSBC qrupu "Expat Explorer" adlı sorğu apararaq 163 ölkədən 18 mindən çox əcnəbi işləyənin rəyini öyrəndi.
 
 Sorğuda ölkələrin təqdim etdiyi imkanlar həyat keyfiyyəti, iş-şəxsi həyat tarazlığı, maddi gəlir və ailə həyatı baxımından araşdırılır.
 
 Sorğunun nəticələrinə görə, Türkiyədə işləyən əcnəbilərin  62 faizi həyat keyfiyyətlərinin öz ölkələrinə nisbətən artdığını bildirir.
 
 Türkiyədə işləyən əcnəbilərin 52 faizi iş həyatına, xobbilərinə, və ya ailəsinə daha çox vaxt ayıra bildiyini, 55 faizi daha yaxşı  ev, və ya maşın kimi arzularını həyata keçirə bildiyini, 69 faizi isə özünü təhlükəsiz hiss etdiyini və yerli xalqın mehriban olduğunu ifadə edir.
 
 Bu ölkədə işləyən əcnəbilərin 60 faizi ölkələrinə nisbətən Türkiyədə iş-şəxsi həyat balansının daha yaxşı olduğunu qeyd edir.
 
 Bununla yanaşı, işləyən əcnəbilərin 59 faizi daha çox səyahət etdiyini,  57 faizi dalğıclıq, xarici dil, və ya yemək bişirmə kimi yeni qabiliyyətlər qazandığını söyləyir.
 
 Türkiyədə işləyən əcnəbilərin 72 faizi yaşadıqları şəhərin memari üslub, parklar, tarixi və mədəni abidələr baxımından zəngin olduğunu ifadə edir. Bununla yanaşı, respondentlərin 63 faizi yaşadıqları şəhərin səyahət üçün mərkəzi mövqedə olduğunu, 59 faizi isə şəhərdə canlı bir mədəni həyatın yaşandığını bildirir.



Әlaqәli Xәbәrlәr