Antalyaya turist axını var

Turizmin paytaxtı Antalyaya təyyarə ilə gələn turist sayı bu ilin 22 iyun tarixindən etibarən 4 milyon 943 min 637-ə çatdı.

1223548
Antalyaya turist axını var

Turizmin paytaxtı Antalyaya təyyarə ilə gələn turist sayı bu ilin 22 iyun tarixindən etibarən 4 milyon 943 min 637-ə çatdı.
 
 Keçən il təxminən 14 milyon əcnəbi turisti qəbul edən 2,5 milyon əhalisi olan Antalyanın bu il yeni bir rekord əldə edəcəyi ehtimal edilir.
 
 Antalya Şəhər Mədəniyyət və Turizm İdarəsinin məlumatlarına görə, dünyanın ən mühüm turizm məkanları siyahısında yer alan şəhərə iyun ayında hava yolu ilə bir milyon 643 min 844 əcnəbi turist gəlib. Bu ilin 22 iyun tarixindən etibarən şəhərə gələn əcnəbi turistlərin sayı isə 4 milyon 943 min 637 oldu.
 
 Antalyaya ilk növbədə Rusiyadan, sonra isə Almaniyadan daha çox turist gəlir.
 
 2018-ci ilin eyni dövründə 4 milyon 214 min 617 nəfərin səyahət etdiyi şəhərdə bu il sonunda turist sayının 14 milyondan artıq olacağı gözlənilir.



Әlaqәli Xәbәrlәr