Ukraynada ilk dəfə rəsmi olaraq Atalar günü qeyd edilir
16 iyun Ukraynada ilk dəfə rəsmi olaraq Atalar Günü qeyd edilir.

16 iyun Ukraynada ilk dəfə rəsmi olaraq Atalar Günü qeyd edilir.
Ölkə prezidentinin müvafiq fərmanına əsasən, Ukraynada ailə institutunun möhkəmlənməsi və uşaqların tərbiyəsində ataların əməyini qiymətləndirmək məqsədilə iyunun üçüncü həftəsinin bazar günü bundan sonra Atalar günü kimi keçiriləcək.
Qeyd edək ki, Atalar günü ilk dəfə 1910-cu ildən ABŞ-da qeyd edilməyə başlayıb. Bu bayramın təşəbbüskarı Vaşinqton ştatından olan xanım Dodd olub. Onun anası vaxtsız vəfat etdikdən sonra atası Uliyam Smart təkbaşına 6 uşağı böyüdüb. Dodd atasına təşəkkür əlaməti olaraq belə bayramım qeyd edilməsi təklifi ilə çıxış edib. 1972-ci ildən isə Atalar günü ABŞ-ın rəsmi milli bayramı kimi qeyd olunur.
Әlaqәli Xәbәrlәr

Keniya çəyirtkə sürülərinin hücumuna qarşı mübarizə edir
Keniyanın bir çox ərazisi Efiopiya və Sudandan gələn çöl çəyirtkə sürüləri tərəfindən istila edilib.