Müxtəlif müsəlman ölkələrində müxtəlif bayram günləri

Qeyd edək ki, İslam ölkələri ayparanın dünyanın hər hansı bir yerində deyil, öz ölkələrində görünməsini əsas götürür və bu səbəbdən Ramazan ayı və bayram günlərində fərqlilik yaşanır.

1213299
Müxtəlif müsəlman ölkələrində müxtəlif bayram günləri

  Türkiyə, Səudiyyə Ərəbistanı, Qətər, Küveyt, Livan, İraq, Birləşmiş Ərəb Əmrlikləri, Yəmən, Bəhreyn və Əlcəzair Ramazan bayramını iyunun 4-də (2019) qeyd edir.

  Şəvval ayının ayparasının öz ölkələrində bu tarixdə görünmədiyini bildirən Misir, Fələstin, İordaniya, Liviya, Tunis və Suriyada bayramı 5 iyunda qeyd edəcəklərini açıqlayıblar.

  Sabitliksizlik, məzhəbçilik və ciddi müxalif düşüncələrin hökm sürdüyü bəzi müsəlman ölkələrində isə hökumət və müxalifət bayramı fərqli zamanlarda elan ediblər. Belə ki, İraqda sünni və şiələr, Suriyada isə hökumət və müxalifət arasında fikir ayrılıqları var.

  Qeyd edək ki, İslam ölkələri ayparanın dünyanın hər hansı bir yerində deyil, öz ölkələrində görünməsini əsas götürür və bu səbəbdən Ramazan ayı və bayram günlərində fərqlilik yaşanır.



Әlaqәli Xәbәrlәr