Sümela monastrı yenidən ziyarətə açıldı

Bərpa işləri səbəbiylə 4 ildir bağlı olan Türkiyənin əhəmiyyətli turizm mərkəzlərindən Sümela monastrının bir hissəsi 25 mayda ziyarətə açıldı.

1210568
Sümela monastrı yenidən ziyarətə açıldı

Trabzon Dövlət Mədəniyyət və Turizm idarəsinin Müdiri Əli Ayvazoğlunun məlumatına görə Sümela Monastırını 4 gün ərzində 2 min nəfər ziyarət edib. Ayvazoğlunun sözlərinə 25 May Şənbə günü ziyarətə açılan monastırı ilin sonana dək təxminən 600 min nəfər ziyarət edəcək.

Qeyd edək ki, Sümela monastrı və kompleksində aparılan bərpa fəaliyyətyləri tamamlandıqdan sonra Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO)-nun Dünya Mədəniyyət Mirası siyahısına salınması üçün lazımlı addımlar atılacaq.

22 sentyabr 2015-ci il başlayan və bir hissəsi 25 mayda ziyarətə açılan monastrın digər hissəsindəki bərpa işləri 2020-ci ilin sonuna qədər tamamlanacaq.



Әlaqәli Xәbәrlәr