MacKenzie Bezos sərvətinin yarısını bağışlayacağını bildirdi

37 milyard dollarlıq sərvətin sahibi olan 48 yaşındakı MacKenzie Bezos,mirasının yarısını bağışlayacağını açıqlayıb.

1210118
MacKenzie Bezos sərvətinin yarısını bağışlayacağını bildirdi

 

Nəhəng elektron ticarət şirkəti Amazon-un qurucusu və dünyanın ən varlı adamı qəbul edilən 55 yaşındakı Jeff Bezos-dan boşanmasından sonra təxminən 37 milyard dollarlıq sərvətin sahibi olan 48 yaşındakı MacKenzie Bezos, mirasının yarısını bağışlayacağını açıqlayıb.

MacKenzie Bezos yaydığı yazılı açıqlamasında, boşanmadan əldə etdiyi 37 milyard dollarlıq sərvətin yarısını ''Giving Pledge'' adlı xeyriyyə hərəkətinə bağışlayacağını bildirib.

 

Paylaşmaq üçün xeyli pulu olduğunu qeyd edən Bezos, "Kassam boşalana qədər kömək etməyə davam edəcəyəm" ifadələrini istifadə edib.

Qeyd edək ki, Bezosun 1994-cü ildə Seattledaki evinin qarajında qurduğu ​ Amazon şirkətinin ilk işçilərindən həyat yoldaşı MacKenzie olub. 1993-cü ildə evlənən çütlük 4 övlad sahibidir.



Әlaqәli Xәbәrlәr