İtaliyada 1 avroya satılan evlər

İtaliyanın Siciliya şəhərində 11 min ev 1 avroya satılır.

1197604
İtaliyada 1 avroya satılan evlər

İtaliyanın Siciliya şəhərində 11 min ev 1 avroya satılır.

Siciliya şəhərindəki Mussomeli bələdiyyəsi yaşayış məntəqəsini canlandırmaq üçün layihə başladıb.

“Sputnik”in xəbərinə görə, əhali sayı azalan qəsəbəyə yenidən fəallıq qazandırmaq, memarlıq irsini qorumaq və turizmi təşviq etmək məqsədilə bölgədəki tərk edilmiş 11 min ev internet üzərindən 1 avrodan satış üçün təqdim olunub.

Orta əsrə məxsus tarixi qalaların və kilsələrin yerləşdiyi bölgədə satış üçün təqdim olunan evlərin üzərinə elanlar asılıb.

Elanların olduğu evlərdəki nömrələr ilə satın alma işləri www.case1euro.ot ünvanı üzərindən reallaşdırılır.

Bölgəyə gədə bilməyənlər isə internet saytında nömrələndirilmiş bütün evləri görə bilir.

Evləri 1 avroya aldıqdan sonra sənəd almaq şərtilə təmir işləri aparılır.

Bələdiyyə evi alandan 8 min avro girov və 1 kvadratmetr üçün 107 dollarlıq təmir pulu əmanətə qoymalarını istəyir.

Təmir işlərindən sonra girov qoyulan pul ev sahibinə geri qaytarılır. Təmir işlərinin aparılmaması halında isə girova qoyulan pulu müsadirə edilir.



Әlaqәli Xәbәrlәr