Tədqiqatçılar Everestin hündürlüyünü yenidən ölçəcəklər

Məlumata görə, komandaya dağın hündürlüyünün yenidən ölçülməsi tapşırığı verilib.

1186759
Tədqiqatçılar Everestin hündürlüyünü yenidən ölçəcəklər

Nepal hökuməti dünyanın ən yüksək zirvəsi olan Everestə (8848 metr) tədqiqatçılardan ibarət komanda göndərib.

Məlumata görə, komandaya dağın hündürlüyünün yenidən ölçülməsi tapşırığı verilib.

Bu qərarın səbəblərindən biri Everestin hündürlüyünün xüsusilə 2015-ci ildəki dəhşətli zəlzələdən sonra xeyli azalması ilə bağlı əsassız söz-söhbətlərdir.

Alpinistlər aprelin 10-da yola düşüblər.

Qeyd edək ki, Çin tərəfi dəniz səviyyəsindən 8848 metr yüksəklikdə yerləşən Comolunqma (Everest) zirvəsinin əslində bu göstəricidən 3,57 metr alçaq olduğunu bildirir.



Әlaqәli Xәbәrlәr