II Dünya müharibəsindən sonra Avropada ilk dəfə xalqa açıq meydanda kitablar yandırıldı

İkinci Dünya Müharibəsindən sonra Avropada ilk dəfə xalqa açıq şəkildə kitablar yandırıldı.

1175729
II Dünya müharibəsindən sonra Avropada ilk dəfə xalqa açıq meydanda kitablar yandırıldı

  İkinci Dünya Müharibəsindən sonra Avropada ilk dəfə xalqa açıq şəkildə kitablar yandırıldı.

  Polşanın Qdansk şəhərindəki katolik kilsəsinin keşişi bəzi kitabları onlarda “cadunun yer alması”, “xristianlığa zidd olması” adları ilə xalqa açıq bir sahədə oda verdi. Dünyada ən çox satılan “Harri Potter” də yandırılan kitablar arasında idi.

  Fotolar sosial mediada böyük reaksiya yaratdı. Bəzi oxucular "Ümid edirəm ki, bu, 1 Aprel zarafatıdır" yazdı. Orta əsrlər inkvizisiya məhkəmələri xatırladanlar "Bundan sonrakı mərhələdə kiməsə ifritə deyib yandırılacaqlarmı?” sualını veriblər. Bir çoxu isə “yaxında səlib yürüşləri də başlaya bilər" yozumu ilə diqqət çəkib.

  Qeyd edək ki, kitab yandırma ayinləri əsasən orta əsr Avropasında tez-tez baş verib. Sonradan bu işi İkinci Dünya Müharibəsi zamanı faşist Almaniyası görüb.



Әlaqәli Xәbәrlәr