Aprelin 1-i bütün dünyada Gülüş günü kimi qeyd olunur

Aprelin 1-i bütün dünyada Gülüş günü kimi qeyd olunur. Hesab edilir ki, bu ənənə Fransada yaranıb. Amma hələ qədim romalılar 17 fevralı Axmaqlar bayramı kimi qeyd edirdilər.

1174425
Aprelin 1-i bütün dünyada Gülüş günü kimi qeyd olunur

Aprelin 1-i bütün dünyada Gülüş günü kimi qeyd olunur. Hesab edilir ki, bu ənənə Fransada yaranıb. Amma hələ qədim romalılar 17 fevralı Axmaqlar bayramı kimi qeyd edirdilər. Şərqi Hindistanda isə 31 mart Aldatma günüdür.

  1 Aprel Gülüş Günü ənənəsinə görə, bu gün hər bir adam, heç olmasa, bir nəfəri aldatmalıdır.

Bəzi mənbələrə görə, 5 əsrlik tarixi olan gülüş günü ilk dəfə Fransada təşəkkül tapıb. 1564-cü ildə Fransa Kralı IX Çarles, il başlanğıcının yanvar ayının birinci günü olması barədə qərar verdi. Bundan əvvəl Fransada yeni ili 1 apreldə qeyd edirdilər. O zamankı rabitə şərtlərində IX Çarlesin bu qərarı ölkədə çox da yayılmadı. Məsələn xəbərdar olanlar isə protest məqsədi ilə köhnə adətlərinə davam etdilər. 1 apreldə şənliklər keçirtdilər. Digərləri isə onları aprel axmaqları kimi qəbul etdilər.1 aprelə “bütün axmaqların günü” adını verdilər. 
Bu gündə mühafizəkarlara sürpriz hədiyyələr verdilər, təşkil olunmamış qonaqlıqlara dəvət etdilər, gerçək olmayan xəbərlər yaydılar.Uzun illər sonra yanvarın ilk ay olmasına öyrəşdilər və 1 aprel gününü mədəniyyətlərinin bir parçası kimi görərək gülüş günü kimi davam etdirdilər. 
İndi bütün dünyada 1 Aprel Beynəlxalq Gülüş Günü kimi qeyd olunur.
Başqa rəvayətə görə hələ qədim Romada 17 fevralı “Avamlar bayramı kimi” keçirirmişlər. Şərqi Hindistanda isə bu bayram martın 31-nə təsadüf etmişdi. Rəvayətə görə, belə qeyri-adi ənənəyə təbiətin özü səbəb olmuşdu. Havanın yaz şıltaqlıqlarını əhali gülüş və zarafatlarla qarşılamaq məqsədilə bu günü özlərinə xoş ovqat yaratmaq üçün seçiblər.



Әlaqәli Xәbәrlәr