Hava limanında uşağını unudan qadın təyyarəni geri qaytardı

Səudiyyə Ərəbistanının Ciddə şəhərindən Malayziyanın paytaxtı Kuala Lumpura istiqamət götürən sərnişin təyyarəsindəki bir qadın körpəsini hava limanında unutduğunu söyləyincə təyyarə Ciddəyə geri dönüb.

"YouTube"a yüklənən videoda Kuala Lumpura getmək üzrə hərəkət edən təyyarənin pilotu Ciddədəki hava dispetçer mərkəzinə geri eniş çağırışı edir.

Malayziya mətbuatında yayılan xəbərlərə görə, pilot mərkəzə:"Bir sərnişin körpəsini gözləmə salonunda unudub Geri dönüş edə bilərikmi?" deyə müraciət edib.

Dispetçer mərkəzinin əməkdaşı isə təəccüblü səs tonu ilə: "Aydın oldu, qayıda bilərsiniz. Belə bir şeyi ilk dəfə eşidirik" cavabını verib.

Hərəkətdən qısa bir müddət sonra təyyarə Ciddə Kral Əbdüləziz Hava Lımanına qayıdaraq eniş edib.

Qadın sərnişinin hava limanında uşağını necə unutduğuna dair heç bir açıqlama verilməyib.

Pilot ilə dispetçerin dialoqunun əks olunduğu video "YouTube"da indiyə qədər 50 min nəfər tərəfindən izlənilib.

Әlaqәli Xәbәrlәr