Layihənin Xoruz kəndi mərhələsi artıq başladı

Türkiyənin Dənizli şəhərinin meşə içərisindəki 27 metr hündürlüyündəki xoruz heykəlilə bağlı Ginnes Rekordlar Kitabına müraciət ediləcək.

Layihənin Xoruz kəndi mərhələsi artıq başladı

  Pamukkale Bələdiyyəsi tərəfindən hazırlanan, Kənd Təsərrüfatı və Meşə Nazirliyinə təqdim olunan 1451 layihə içərisindən birinci seçilən Tematik Şəhər Meşə layihəsi əsasında Millət Parkı Seyr Təpəsinin (Millet Bahçesi Seyir Tepesi) ilkin mərhələsi süni şəlalələrin açılış mərasimi ilə başlayıb.

  Ədalət və İnkişaf Partiyasının (AK Partiya) qrup sədr müavini Cahit Özkan açılışda etdiyi çıxışında bildirib:

  “Pamukkale dünyada tanınan bir turizm simvoludur. Açılan park şəhərə gələn turistlər üçün bir yenilik olacaq. Təbiətlə iç içə olan Denizliyə ölkəmizin və dünyanın dörd bir tərəfindən bu gözəllikləri görməyə gələn yerli və xarici turistlər yəqin ki, buranı çox bəyənəcək.”

  Qeyd edək ki, Millət Parkı Seyr Təpəsi layihəsinin Xoruz kəndi mərhələsi artıq başladı. 6 ay başlanılan 27 metr hündürlüyündəki xoruz heykəlinin heykəltəraşı Osman Atmacadır. Heykəl və ətrafındakı işlər üçün tikintiyə 26 ton dəmir istifadə edilib.



Әlaqәli Xәbәrlәr