8 Mart Beynəlxalq Qadınlar Gününün tarixi

ABŞ-ın Nyu-York şəhərində, geyim sektorunda çalışan yüzlərlə qadının aşağı maaşa, uzun çalışma saatlarına, eyni zamanda pis iş şəraitinə etiraz etdi...

8 Mart Beynəlxalq Qadınlar Gününün tarixi

  Qadınların kişilərlə bərabərhüquqlu olmaq uğrunda apardığı mübarizə başlanğıc kimi 8 mart1857-ci ildə   ABŞ-ın Nyu-York şəhərində, geyim sektorunda çalışan yüzlərlə qadının aşağı maaşa, uzun çalışma saatlarına, eyni zamanda pis iş şəraitinə etiraz olaraq tətil etməsi qəbul edilir.

  1908-ci ildə Nyu-Yorkda 15000 qadın, daha qısa çalışma saatı, daha yaxşı gəlir və səsvermə hüququ üçün nümayiş keçirdi. Nümayişdə ilk dəfə olaraq dekret icazəsi istəyən qadınların şüarı “Çörək və Gül” idi. Çörək həyat eşqini, qarın toxluğunu, gül isə daha yaxşı həyat tərzini ifadə edirdi.

  1909-cu ildə isə Avropadaki qadınlar fevral ayının son bazar gününü (fevralın 28-ni) ilk qadın günü olaraq qeyd etmişlər. 1910-cu ildə (1857-ci il hadisələrdən 52 il sonra) Danimarkanın Kopenhagen şəhərində keçirilən Qadın Sosialist İnternasionalının qurultayında Klara Setkin adlı bir alman sosialist qadını 1857-ci ilin 8 martında Nyu-Yorkda başlayan mübarizənin, qadın hüquqlarının genişləndirilməsi və qadın həmrəyliyinin simvolu olaraq, Amerikada 8 martda yandırılaraq öldürülən 129 qadın işçinin xatirəsinə hər il 8 mart gününü Beynəlxalq Qadınlar Günü olmasını təklif etdi və bu təklifi qəbul edildi.

  Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası 1977-ci ilin 16 dekabrında 8 martın Beynəlxalq Qadınlar Günü kimi keçirilməsini qəbul və təsdiq etdi.

  Məhz qadınların kütləvi şəkildə savadlanması, müəyyən hüquqlara malik olması həmin dövrə təsadüf edir. Bəlkə də, buna görədir ki, 8 Mart digər sosializm mənşəli bayramlardan fərqli olaraq, artıq müstəqillik qazanmış keçmiş SSRİ respublikalarının təqvimindən bu günə qədər silinməyib.

  Türkiyədə isə 8 Mart ilk dəfə 1921-ci ildə Zərbəçi Qadınlar Günü olaraq qeyd edilməyə başlandı.

  1998-ci ildə Azərbaycanda Ailə, Uşaq və Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradıldı.

  Azərbaycan həm də Avropa Şurasının qadınlarla bağlı bürosunda təmsil olunur, BMT-nin qadın məsələləri üzrə komissiyasının tam hüquqlu üzvüdür.

  1995-ci ildə isə Azərbaycan rəsmi şəkildə qadınlara qarşı münasibətdə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması haqqında beynəlxalq konvensiyaya qoşulub.

  Hər il bayram günü ərəfəsində dövlət başçısı 8 mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına təbrik ünvanlayır, onların bir qrupuna fəxri adlar verir, digər bir qrupu isə orden və ya medallarla təltif edir.



Әlaqәli Xәbәrlәr