Avropa İttifaqında insanların 39 faizi oturaraq işləyir

Avropa Statistika İdarəsi (Eurostat) Avropa İttifaqı vətəndaşlarının iş rejiminə dair məlumatları əks etdirən 2017-ci il hesabatını yaydı.

1157460
Avropa İttifaqında  insanların 39 faizi oturaraq işləyir

Avropa Statistika İdarəsi (Eurostat) Avropa İttifaqı vətəndaşlarının iş rejiminə dair məlumatları əks etdirən 2017-ci il hesabatını yaydı.

Hesabata görə, Avropa İttifaqı ölkələrində işi olan insanların 39 faizi ofisdə, və ya nəqliyyat vasitələrində, 30 faizi daha az fiziki qüvvə tələb edən sahələrdə işləyir.

Müəllimlər və mağaza işçiləri kimi 20 faizlik bir təbəqə ayaq üstə işləyir.

Avropa İttifaqı vətəndaşlarının 11 faizi isə tikinti, yük daşıma və qazma kimi ağır fiziki qüvvə tələb edən işlərdədir.

Aİ ölkələrində oturaq iş nisbətinin ən yüksək olduğu ölkələr Hollandiya (55%), Almaniya (54%) və Lüksemburqdur (52%).

İspaniya (43%) və Rumıniya (36%) ayaq üstə işləyən təbəqəyə aid insnların çox olduğu ölkələr olaraq fərqlənirlər.

Ağır əmək tələb edən işlərdə olanların sayı ilə ön plana çıxan ölkələr isə Yunanıstan (22%) və Polşadır. (16%).



Әlaqәli Xәbәrlәr