Meksika prezidenti ölkə rəsmilərinə həsr olunmuş lüks avtomobilləri satdı

Meksika prezidenti Andres Manuel Lopez Obrador, yüksək səviyyəli keçmiş siyasətçilərə həsr edilmiş lüks və zirehli avtomobilləri hərracda satdıqlarını açıqlayıb

1152779
Meksika prezidenti ölkə rəsmilərinə həsr olunmuş lüks avtomobilləri satdı

Lopez Obrador bildirib ki, 218 ədəd lüks avtomobildən 196-sı satıldı. Satışdan əldə edilən gəlir 3.25 milyon dollar oldu.

Ölkə ərazilərində təhlükəsizlik probleminin hökm sürməsinə baxmayaraq 22 ədəd zirehli avtomobilin satılmaması diqqətləri cəlb etdi.

Meksika prezidentinin sözlərinə görə avtomobillərin satışından əldə edilən gəlir sosial fondlarda istifadə ediləcək.

Qeyd edək ki, Obrador prezident aparatında qalmır. Səyahətlərini tərifəli uçaqlar ilə reallaşdırır. Özünə həsr edilmiş xüsusi avtomobildən yox, Volkswagen Jetta marka avtomobil istifadə edir. O, İyul ayında baş tutan seçkidə prezident vəzifəsinə başladıqdan sonra korrupsiyanın kökünü kəsəcəyinə dair vəd verdi. Seçildikdən sonra ilk işi keçmiş prezidentin lüks təyyarələrini satmaq oldu. Prezident maaşını isə illik 60 min dollara endirdi.

Meksikada, keçmiş dövlət başçısı Enrique Pena Nieto korrupsiya ilə ittiham edilirdi.



Әlaqәli Xәbәrlәr