Məşhur tarixçi K.Karpat vəfat etdi

Məhşur Tarixçi Prof.Dr. Kamal Karpat, ABŞ-nın Wisconsin ştatında dünyasını dəyişdi.

Məşhur tarixçi K.Karpat vəfat etdi

Cox sayda məqalə və kitabın müəllifi olan 96 yaşlı Karpat 1947-ci ildə İstanbul Universiteti Hüquq fakültəsini tamamladıqdan sonra ali təhsilinə Washington Universitetinin Siyasi Elmlər, daha sonra New York Universiteti Siyasi və ictimai elmlər fakultəsində davam etdi.

Karpat, Birləşmiş Millətlər Təşkilatının İqtisadi və Sosial Şurasındakı vəzifəsindən sonra Montana State, New York, Princeton, Bilkənt, Orta Doğu, Texniki, Ankara, Harvard, John Hopkins, Colombia universitetlərində müəllim işlədi. Daha sonra Wisconsin Universiteti Yaxın Şərq Tədqiqatları hissəsində elmi işini və fəaliyyətlərini davam etdirdi.



Әlaqәli Xәbәrlәr