Hindistanlı turistlərin Türkiyəyə marağı artdı

Hindistanın Ankaradakı səfiri Sanjay Bhattacharyya Hindistandan Türkiyəyə gələn turist sayında ötən il 2017-ci ilə görə 80% faiz artım olduğunu bildirdi.

Hindistanlı turistlərin Türkiyəyə marağı artdı

Hindistanın Ankaradakı səfiri Sanjay Bhattacharyya Hindistandan Türkiyəyə gələn turist sayında ötən il 2017-ci ilə görə 80% faiz artım olduğunu bildirdi.
 
 Türkiyənin ən mühüm xizək mərkəzlərindən biri olan Ərzurumdakı Palandökənə gedərək turizm potensialını müşahidə edən Sanjay Bhattacharyya Palandökəndə təlimçilərin müşayəti ilə xizək sürdüyünü bildirdi.

Hindistanlı səfir Ərzurumu çox bəyəndiyini və ona heyran qaldığını qeyd etdi.
 
 Palandökənin xizək üçün çox gözəl meydançaları olduğunu vurğulayan Bhattacharyya: "Həqiqətən Palandökəndə  inanılmaz heyranedici bir şərait var. Hindistanlı turistlər adətən, Avropaya gedirlər, və ya Himalayda xizək sürürlər. Lakin bura hindistanlı turistlər üçün  yeni turizm məkanı ola bilər, çünki çox gözəl təbiəti var" deyə danışdı.
 
 Ərzurumun tarixi baxımdan çox zəngin bir şəhər olduğuna işarə edən Bhattacharyya şəhərin Roma İmperiyası dövründən günümüzədək bir çox mədəniyyətlərin xüsusiyyətlərini daşıdığını söylədi.
 
 Hindistanlı turistlərin əsasən, İstanbul, Kappadokiya və Antalyaya üstünlük verdiyini xatırladan Bhattacharyya: "Ərzurum, Van gölü, Qars turistlər üçün bir paket halında təqdim edilir və bu, hindistanlı turistlərin də diqqətini çəkəcək. Eyni zamanda,  Qara dəniz də bu mənada çox zəngin potensiala malikdir" dedi.



Әlaqәli Xәbәrlәr