Maşın nömrələrində emotikonlar

Avstraliyanın Quenslan əyalətində gələcək aydan etibarən emotikonlu maşın nömrələrdən istifadə ediləcək.

Maşın nömrələrində emotikonlar

Avstraliyanın Quenslan əyalətində gələcək aydan etibarən emotikonlu maşın nömrələrdən istifadə ediləcək.

“BBC”nin xəbərinə görə, Quenslan əyalətində sürücülər artıq xüsusi maşın nömrələrilə yanaşı nömrələrə bəzi emotikonları də əlavə etdirə biləcəklər.

Pul müqabilində, bəzək məqsədilə maşın nömrələrinə daxil ediləcək emotikonlar gülən, göz edən, günəş əynəkli və bir neçə emotikonla məhdud olacaq.  

Sosial şəbəkədə bunun xüsusi maşın nömrələrindən daha çox pul qazanılması üçün ağıllı bir metod olduğu barədə tənqidlər olduqda, bəzi istifadəçilər bu nömrələrdən almağı səbirsizliklə gözlədiklərini dilə gətirdilər.



Әlaqәli Xәbәrlәr