Zeynəb və Yusif Türkiyədə ən populyar adlardır

Türkiyədə ötən il doğulan qız körpələri üçün Zeynəb, oğlan körpələri üçün Yusif ən çox üstünlük verilən adlar olub.

1143648
Zeynəb və Yusif Türkiyədə ən populyar adlardır

Türkiyə Statistika Qurumu (TÜİK) tərəfindən çap olunan bülletendə  2018-ci ildə doğulan körpələrə qoyulan adların statistikası göstərilir.

Bu statistikaya görə, əvvəlki illərdə olduğu  kimi yeni doğulan qız uşaqlarına daha çox Zeynəb, oğlanlara da Yusif adı qoyulur.
 
 Ünvan Əsasında Qeydiyyat Sisteminin nəticələrinə görə, qızlarda Zeynəb adından sonra ən çox üstünlük verilən adlar Əlif, Dəfnə, Ebrar və Eylül, oğlanlarda isə Yusif adından sonra ən populyar adlar Eymen, Ömər Asəf, Mirac və Ömər olub.
 
 Ən böyük əhaliyə malik olan İstanbulda Zeynəb adından sonra  qızlara ən çox Dəfnə, Əlif, Duru və Ebrar adları qoyulur. Oğlanlara isə Ömər Asəfdən sonra  ən çox verilən adlar Eymen, Yusif, Əli Asəf və Ömərdir.
 
 Ankarada Zeynəb adından sonra ən çox üstünlük verilən adlar Əlif, Dəfnə, Duru və Ebrardır. Yeni doğulan oğlanlara isə Eymendən sonra ən çox Ömər Asəf, Yusif, Ömər və Mirac adları verilir.
 
Türkiyənin əhalinin sıxlığına görə üçüncü böyük şəhəri olan İzmirdə yeni doğulan qız uşaqlarına Zeynəb adından sonra ən çox Dəfnə, Əlif, Duru və Asya adları verilir.
 
 İzmirdə oğlan uşaqlarına verilən adların içində Eymenden sonra Çinar, Aras, Ayaz və Əmir üstünlük təşkil edir.


Etiketlәr: #Zeynəb , #Yusif , #Türkiyə

Әlaqәli Xәbәrlәr