İranın paytaxtı Tehranda çöldə it ilə gəzmək qadağan edildi

Tehran Polis Baş idarəsinin Müdiri Hüseyn Rəhmi  ümumi yerlərdə it gəzdirməyi qadağan etdiklərini bildirib.

1135077
İranın paytaxtı Tehranda çöldə it ilə gəzmək qadağan edildi

İran Radio və Televiziya şirkəti yanında Gənc Jurnalistlər Birliyi İnformasiya Agentliyinə müsahibə verən Hüseyn Rəhmi qeyd edib ki, ümumi park və bağçalarda it gəzdirənlər cərimələnəcəklər. Onun sözlərinə görə Tehranın Levasan rayonunda parkda gəzən qadına bir itin hücumu sonrası, bənzər hadisələrin daha yaşanmaması üçün belə bir qərara gəlinib.



Әlaqәli Xәbәrlәr