Afyon lokumu 50 ölkəyə ixrac edilir

Türkiyənin Afyonkarahisar şəhərində ənənəvi üsullarla müasir texnologiyanı birləşdirən bir firma 4 qitədə 50 ölkəyə "Afyon lokumu" ixrac edir.

1132494
Afyon lokumu 50 ölkəyə ixrac edilir

Türkiyənin Afyonkarahisar şəhərində ənənəvi üsullarla müasir texnologiyanı birləşdirən bir firma 4 qitədə 50 ölkəyə Afyon lokumuixrac edir.
 
 Termali, mərməri, sucuğu, xaşxaşı  ilə yanaşı qənnadı məhsulları ilə də tanınan Afyonkarahisarda lokum istehsal edən  firma Amerika, Avropa, Asiya və Avstraliyada, ümumilikdə 50 ölkəyə, 300 növ Afyon lokumu satır
 
 Firmanın ixracat müdiri Mərvə Çakıcı:"Afyonkarahisardan 4 qitədə 50 ölkəyə lokum ixrac edirik. Ən çox ixrac etdiyimiz yerlər isə hazırda Avropa və Körfəz ölkələridir. Bu ölkələrə daha çox fındıqlı, Antep fıstıqlı, badamlı və meyvə ətirli lokum göndəririk. İxracda ən çox rəğbət bəslənən məhsullarımız arasında daha çox nar ətirli, Antep fıstıqlı, zərəşk üzümlü, gül yarpaqlı və fitil lokumlarımızın adını çəkə bilərəm. Bunlardan başqa, ikiqat qızardılmış klassik lokumlarımız da yenə qəhvələrin yanında misilsiz ləzzətlər olmağa davam edir" dedi.
 
Çakıcı son dövrlərdə Avropa ölkələrində qlütensiz və vegan lokum məhsullarına marağın artdığına diqqət çəkdi.
 
Firmanın müdiri firmalarının istehsal etdiyi 300 növ lokumla yanaşı elmi-tədqiqat və təcrübi-konstruktiv işlərin davam etdirildiyinə toxunaraq: " Afyon lokumunu bütün dünyada tanıtmağa davam edəcəyik. Bundan başqa, yaxın zamanda Almaniyada dünyanın ən böyük qənnadı məhsulları sərgisi olan ISM-də iştirak edərək Türkiyəni təmsil edəcəyik" dedi.
 
 Digər tərəfdən, Egey dənizi İxracatçı Birliklərindən(EİB) alınan məlumata görə, 2018-ci ildə Afyonkarahisar 5 firma tərəfindən xaricə təxminən 136 min ton lokum ixracı edilərək, 600 min dollar gəlir əldə edilib.



Әlaqәli Xәbәrlәr