Yaponiyada işçilərə məcburi yuxu tətbiqi

Ölkədə işçilərdən tələb olunur ki yuxularını düzgün idarə etsinlər. Bunun üçün onlara pul belə ödənəcək.

1121663
Yaponiyada işçilərə məcburi yuxu tətbiqi

Məlumata görə Yaponiya işçilərin yuxusuz işə davam etmələrinin ölkə iqtisadiyyatına zərəri illik 138 milyard dollardır.

Ölkədəki işəgötürənlər yuxusuz işləyənlərin özlərinə daha çox zərər verdiklərini səbəb göstərərək, onlara gün ərzində yuxlamaları üçün vaxt verilməsinin daha faydalı olacağını, bunun da işin bir hissəsi kimi qəbul edilməsinin lazım gəldiyini qeyd edirlər.

Quardian qəzetinin xəbərinə görə, işəgötürənlər gün ərzində işçilərin yatıb dincəlmələri üçün səs-küy olmayacaq xüsusi otaqlar hazırlayırlar. Qəzetin xəbərində bildirilir ki, kiçik texnologiya şirkətlərində başlayan tətbiq sürətlə yayılır.

Ötən il, Tokio şəhərində fəaliyyət göstərən Nextbeat adlı bir şirkət həm qadın həm də kişi işçilər üçün iki xüsusi yuxu otaqı hazırladı. Otaqlar Səs-küyə qarşı izolyasiya edilib. yuxu gətirən çayların dəmləndiyi otaqlarda kompüterlər və mobil telefonlar kimi elektron cihazların istifadəsi qadağandır.

 



Әlaqәli Xәbәrlәr