Turistlər Safranboluda yeni ili "zamana səyahət" edərək qarşılayacaqlar

Karabükün Safranbolu qəsəbəsinə gələcək yerli və xarici turistlər yeni ili "zamana səyahət" edərək qarşılayacaqlar.

1114624
Turistlər Safranboluda yeni ili "zamana səyahət" edərək qarşılayacaqlar


 Yeni il tətili üçün Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət məsələləri üzrə Təşkilatının (UNESCO) Ümumdünya irsi siyahısına salınan və "qorunmanın paytaxtı" adlandırılan Karabükün tarixi evləri ilə məşhur olan Safranboluya gələn turistlər yeni ilə "zamana səyahət" edərək girəcəklər.
 
Turistlər Osmanlı imperiyası dövründən qalma karvansara, hamam, məscid, çeşmə və körpülərlə yanaşı XVIII- XX əsrlərdə inşa olunan və əsasən üç mərtəbəli, 6-8 otaqlı, ehtiyaclara uyğun və estetik şəkildə dizayn edilmiş ənənəvi evlərin olduğu  tarixi qəsəbədə yeni ili qarşılayacaqlar. Beləliklə, sanki zamana səfər edəcəklər.
 
 Dünyanın ən yaxşı qorunan 20 şəhəri arasında olan qəsəbənin malikənəıəri bərpa edilərək, mağaza və otelə çeviriliblər. Otellərdəki otaqların 100%-ə yaxını artıq rezervasiya edilib.
 
Qəsəbə hər il 1 milyon 200 min yerli və xarici turist qəbul edir.



Әlaqәli Xәbәrlәr