Başqa ölkəyə köç etmək istəyənlərin sayı artır

Dünyada 750 milyon insan başqa ölkəyə köç etmək istəyir.

1107049
Başqa ölkəyə köç etmək istəyənlərin sayı artır

Dünyada 750 milyon insan başqa ölkəyə köç etmək istəyir.

Avropada 2015-ci ildə qaçqın böhranının ortaya çıxması müxtəlif ölkələrdə dərin siyasi çalxanışlara səbəb oldu.

Xüsusilə Almaniya və Avstriyada miqrant əleyhinə ifadələrlə ilkin plana çıxan ifrat sağyönümlü partiyalar seçkilərdə səslərini artırdılar.

ABŞ-da da miqrant mövzusu Tramp rəhbərliyə Latın Amerikası ölkələri arasında gərginliyə gətirib çıxardı.  

Mərkəzi qərargahı ABŞ-da yərləşin Gallup” araşdırma firmasının apardığı qlobal sorğuya görə ölkələrin miqrant axınını dayandırmaq üçün gördükləri tədbirlərə baxmayaraq başqa ölkəyə köç etmək istəyənlərin sayı artır.

Araşdırma dünyada 750 milyon insanın belə bir imkan əldə edəcəyi təqdirdə başqa bir ölkəyə köç etmək istədiyini ortaya qoydu.

Firma araşdırmasını 152 ölkədə 453 min insanla apardı. Həmin araşdırma miqrant böhranının deməli zirvədə olduğu 2015-2017-ci illər arasında aparıldı.

Araşdırmada diqqət çəkən nöqtələrdən birisi başqa ölkəyə köç etmək istəyənlərin seçim etdikləri ölkələr sırasında ABŞ-ın ciddi fərqlə birinci yeri tutmasıdır.

Sorğu nəzərdə tutularaq aparılan hesablamalara görə 160 milyon nəfər ABŞ-a, 47 milyon nəfər Kanadaya, 42 milyon nəfər Almaniyaya, 24 milyon nəfər Səudiyyə Ərəbistanına getmək istəyir.

 Sorğuya görə Türkiyəyə gəlmək istəyənlərin sayı 6 milyon.

 Ölkələrini ən çox tərk etmək istəyənlər isə öz növbəsində Sierra Leone, Liberia, Haiti, Albaniya, El Salvador, Konqo, Qana, Dominikan Respublikası, Nigeriya, Ermənistan, Honduras, Suriya və Kosovadır.



Әlaqәli Xәbәrlәr