Şimal qütbündə ən qədim buzlaqların 95 faizi əriyib

Şimal Qütbü son 5 ildə dünyanın qalan hissəsindən 2 dəfə çox isinərək tarixinin ən isti dövrünü keçirir.

1105268
Şimal qütbündə ən qədim buzlaqların 95 faizi əriyib

Şimal Qütbünün son 5 ildə dünyanın qalan hissəsindən 2 dəfə çox isinərək tarixinin ən isti dövrünü keçirdiyi bildirildi.
 
 Amerika Birləşmiş Ştatlarının Milli Okean və Atmosfer  Araşdırmaları İdarəsinin (NOAA) Şimal Qütbü Tədqiqat Proqramı 12 ölkədən 81 elm adamının köməyi ilə hazırlanan illik "Şimal Qütbü Hesabatı Sənədi" adlı araşdırmasının nəticələrini yaydı.
 
 Şimal Qütbü bölgəsinin 2014-2018-ci illərdə bölgədəki temperaturların qeydiyyat altına alınmağa başlandığı 1900-cu ildən bu yana ən isti 5 ilini keçirdiyi qeyd edilən hesabatda bölgədəki isinmənin dünyanın yerdə qalan hissəsindən iki dəfə çox olduğu qeyd olunur.
 
 Bölgədə ən isti ilin 2016-cı il, ən isti ikinci ilin də 2018-ci il olduğunun müəyyən edildiyi bildirilir.
 
 Hesabatda temperaturdakı bu dəyişikliyin bölgənin çox uzaqlarında belə hiss edildiyi və bütün Yer kürəsi havasının temperaturunda ciddi dalğalanmalara səbəb olduğu vurğulanır.
 
Hesabata görə, qütbdə son 33 ildə isə ən qədim buzlaqların 95 faizi əriyib.

İqlim dəyişikliyi Şimal qütbünün faunasına də ciddi ziyan vurub. Belə ki, son 20 ildə şimal marallarının sayı 4,7 milyondan 2,1 milyona qədər azalıb.

Araşdırmaçı Susan Natali bunun dünya üçün ciddi xəbərdarlıq olduğunu və hərəkətə keçilməsinin vacibliyini bildirdi.



Әlaqәli Xәbәrlәr