Türkiyənin qış turizmi Ərzurumda xizək mövsümü ilə açıldı

Türkiyədə qarın ən çox olduğu və qış mövsümünün ən uzun sürdüyü rayonların başında gələn Ərzurumda həm də süni qar püskürdülərək meydanlar idmançılar üçün daha etibarlı vəziyyətə gətirilir.

1098898
Türkiyənin qış turizmi Ərzurumda xizək mövsümü ilə açıldı
palandoken kayak sezonu1.jpg

  Türkiyədə qış turizmi Ərzurumdakı Palandöken Xizək Mərkəzində xizək mövsümü ilə açılıb.

  Ölkənin qış idman növlərinin keçirildiyi, Avropada tanınan, hər il qışda minlərlə yerli və xarici turisti qəbul edən, uzun meydanlar və gözəl qarı ilə cəlb edən Palandöken Xizək Mərkəzində Ərzurum Böyükşəhər Bələdiyyəsi xüsusi mərasimlə xizək mövsümünün rəsmən açıldığını elan etdi.

  Türkiyədə qarın ən çox olduğu və qış mövsümünün ən uzun sürdüyü rayonların başında gələn Ərzurumda həm də süni qar püskürdülərək meydanlar idmançılar üçün daha etibarlı vəziyyətə gətirilir.

  “Snow track”larla başlayan açılışda Ərzrum valisi Okay Memiş, Böyükşəhər Bələdiyyə sədri Mehmet Sekmen və vətəndaşlar idmançıların gətirdiyi məşəllərlə "Əjdər 3200" yazısını atəşləyərək 2018 Xizək Mövsümünə start verib.

  Temperaturun mənfi 10 dərəcə olmasına əhəmiyyət verməyən adamlar idmançıları həvəslə izləyir.



Әlaqәli Xәbәrlәr